Əfqanıstanda hakimiyyətə gələn “Taliban" hərəkatı ağır iqtisadi vəziyyətlə əlaqədar ölkədə dövriyyədə olan xarici valyutadan istifadəni qadağan edib.
Eləcə də bax: Taliban Əfqanıstanın keçmiş məmurlarından - 16 Mln. Dollar Müsadirə Edib
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zəbihullah Mücahid “Tvitter”də yazıb.
“Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız əfqanilərdən (Əfqanıstanın pul vahidi - red.) istifadə etsinlər. İslam Əmirliyi bütün vətəndaşlara, mağaza sahiblərinə, iş adamlarına əfqanilərdən maliyyə əməliyyatlarında istifadə etməyə davam etməyi və xarici valyutadan istifadədən çəkinməyi tapşırır”, - deyə “Taliban” sözçüsü yazıb.
Onun sözlərinə görə, qanunu pozanlar məsuliyyətə cəlb olunacaqlar.