Əlavə Dəyər Vergisi mexanizmi üzrə də Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
FED.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov bildirib ki, mübahisə olduğu halda ƏDV depozit hesabındakı vəsaitin silinməsi deyil, dondurulması təklif olunur.
“Hazırda birtərəfli qaydada Vergilər Nazirliyi ƏDV depozit hesabındakı vəsaitin silinməsini həyata keçirə bilər. Bundan sonra vəsaitin bərpası üçün sahibkar Vergilər Nazirliyi və məhkəmə sistemi vasitəsilə müraciət edə bilər. Biz təklif edirik ki, o vəsaiti yalnız donduraq”,- nazir bildirib.