Avrasiya İnkişaf Bankı (EDB) Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasında görmək istəyini bildirib.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu - YARADILACAQ
FED.az xəbər verir ki, bunu EDB-nin rəhbəri Nikolay Podquzov Asiya və Sakit Okean zonası üzrə Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyasının (ADFIAP) üzvü olan investorların konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
N. Podquzov bildirib ki, Özbəkistanın inkişaf institutunun iştirakçıları siyahısına daxil olması ilə bağlı bu ölkə ilə EDB arasında fəal danışıqlar aparılır.
Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatı olan EDB iqtisadi əlaqələri genişləndirmək və iştirakçı ölkələr olan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərtərəfli inkişafını təmin etmək məqsədi ilə Avrasiya məkanında investisiya fəaliyyətini həyata keçirir. (Report)