2020-ci ilin avqust ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda əcnəbi vətəndaşların (qeyri-rezident) banklardakı depozitləri azalıb.
Eləcə də bax: Əmanətlərdə dollarlaşma daha da - Azalıb
FED.az xəbər verir ki, avqust ayının əvvəlində əcnəbilərin əmanətləri 314,5 milyon manat ekvivalentində olub.
Xarici vətəndaşların banklardakı əmanətləri ilin əvvəli ilə müqayisədə 27,6% və ya 119,7 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% və ya 167,6 milyon manat azalıb.
Qeyd edək ki, avqust ayının əvvəlində əcnəbilərin əmanətlərinin 104,4 milyon manatı milli valyuta ilə 210,1 milyon manat ekvivalentində isə xarici valyutalarla banklara yerləşdirilib.