“Kağız pullar mövcudluğunu davam etdirəcək, ancaq sonda yəgin ki, rəqəmsal avroya sahib olacağıq”.
Eləcə də bax: Türkiyədə dövriyyəyə - Rəqəmsal Valyuta Buraxılacaq
FED.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Christine Lagarde deyib.
"Rəqəmsal avro"nun yaxın 5 il ərzində dövriyyəyə buraxılacağını gözləyirik, amma rəqəmsal valyuta həmin müddətdə hazır olmaya da bilər", - deyə o, qeyd edib.
"Rəqəmsal avro" tədavülünün "daha sürətli, daha ucuz və daha etibarlı" olacağını vurğulayan ECB prezidenti əlavə edib ki, bu mövzuda konkret addımlar atmaq üçün düşünülüb-razılaşdırılmalı olan bir çox məsələlər var. (Report)