Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə Azərbaycandakı 10 layihənin maliyyələşdirilməsi üçün 81 milyon avro ayırıb.
Avropa bankı Azərbaycana 100 milyon dollar ayrılmasını təsdiqləyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il dekabrın 31-nə EBRD-nin Azərbaycandakı layihələr üçün hazırkı kredit portfeli 906 milyon avro olaraq qiymətləndirilib və bunun da 40 %-i özəl sektorun payına düşüb.
Hazırda 36 layihə aktivdir.
EBRD-nin məlumatına görə, hazırkı portfelin əksəriyyəti, yəni 90 %-i (812 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (64 milyon avro) maliyyə institutlarına, digər 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.
Ümumilikdə, bank Azərbaycandakı 201 layihəyə 3,648 milyard avro investisiya qoyub.
Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.
2024-cü ildə EBRD ölkəyə səkkiz layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit verib ki, bu da 2023-cü illə müqayisədə 27,6 % (43 milyon avro) artım deməkdir. (Report)










