Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi bu il oktyabrın 31-nə əvvəlki ayla müqayisədə 2,4% və ya 22 mln. avro azalaraq 871 mln. avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı 30-dan 31-ə yüksəlib.
AYİB Azərbaycan üzrə makroiqtisadi proqnozlarını açıqlayıb
FED.az xəbər verir ki, bu barədə EBRD bildirib.
Qeyd olunub ki, portfelin 91%-ni (792 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (49 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,3% artaraq 666 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,724 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,124 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb. (Apa)