Azərbaycanda son vaxtlar qiymətli kağızlara və səhmlərə maraq artıb. İnvestorlar həm yerli həm də xarici qiymətli kağızlara pul yatırmağa başlayıblar. Bunu nəzərə alaraq FED.az maliyyə və biznes xəbərləri portalı «PSG Kapital»ın informasiya dəstəyi ilə dünyanın ən populyar 10 şirkətinin səhmlərini təqdim edir.
«Apple» – 184 dollar
ABŞ-ın və dünyanın texnologiya nəhəngi sayılan «Apple»nin bir səhiminin qiyməti 184 dollardır. Şirkətin gəlirləri azalsa da, bu onun səhmlərinə o qədər də təsir göstərməyib. Son bir ildə səhmlər 28% artıb ki, bu da qətiyyən pis gösdərici deyil. İl ərzində «Apple» hər səhminə görə, 3 dollar dividend ödəyib ki, bu da səhmin qiymətinin 1,7%-i deməkdir. Böyük məbləğ deyil və dividendlərlə varlanmaq olmaz, amma «Apple»nin səhmlərini daha baha qiymətə satmaqla gəlir götürmək mümkündür.
«Microsoft» – 97 dollar
«Microsoft» 1990-cı illərdəki kimi bazarda hegemon deyil, amma bu ona sürətlə varlanmağa və gəlirlərini artırmağa mane olmur. İndi şirkətin bir səhiminin qiyməti 97 dollara bərabərdir, son bir ildə səhmlər 41% bahalaşıb – əla göstəricidir. Səhm başına düşən dividend isə 1,7 dollara yaxın olub.
«Facebook» – 196 dollar
Bir neçə ay əvvəl şəxsi məlumatların yayılmasına görə böyük problemlərlə üzləşən «Facebook»un səhmlərinin qiymətində bir qədər azalma olsa da, vəziyət yenidən yaxşılaşmağa başlayıb. Hazırda dünyanın ən populyar sosial şəbəkəsinin səhminin qiyməti 196 dollardır. Hətta bu qalmaqaldan sonra da son bir ildə şirkətin səhmləri 30% bahalaşıb.
«Intel» – 49 dollar
«Intel» günümüzdə istifadə etdiyimiz kompyuterlərin çoxunun mikroprosesserləri üzrə ixtisaslaşn şirkətdir ve səhmlərinin qiymətində çox böyük artım var. İndi 1 səhiminin qiyməti 49 dollardır. «Intel» də dividend ödəməyə o qədər də səxavətli deyil – səhm başına cəmi 1,2 dollar və ya 2,4%. Əvəzində son bir ildə şirkətin səhmləri düz 45% artıb.
«Amazon» - 1660 dollar
Əgər ömrünüzdə bir dəfə də olsa, «Amazon»dan nəsə almısınızsa, səhmlərin qiymətinin bu həddə çatmağında sizin də rolunuz var. Dünyanın ən böyük onlayın satış şirkəti, həm də ən sürətlə böyüyən sirkətlərdən biridir. Bir səhiminin qiyməti 1660 dolar təşkil edir, son bir ildə qiymətlər 70% yüksəlib.
«Tesla»– 344 dollar
2-3 il əvvəl «Tesla» dünyanın texnologiya və biznes aləmində bomba kimi partladı. Şirkətin açıqladığı planlar və layihələr onun səhmlərini sürətlə bahalaşdırdı. İndi isə vəd edilən işləri görmək vaxtıdır və işlər heç də asan getmir. Nəticədə son bir ildə şirkətin səhm qiymətləri çox da bahalaşmayıb, əksinə bir qədər ucuzlaşıb. Hazırda «Tesla»nın bir səhminin qiyməti 344 dollardır. Son bir ildə qiymətlər 5% olub.
«Alibaba» – 185 dollar
Çinin dünyaca məşhur elektron ticarət şirkəti və yavaş-yavaş «Amazon»a rəqib olan «Alibaba» getdikcə güclənməkdədir. İstedadlı biznesmen Cek Ma-nın əsəri olan şirkətin 1 səhminin hazırkı qiyməti 185 dollar təşkil edir. Son bir ildə qiymətlər 31% artıb.
«Samsung» – 1 399 dollar
Bəlkə də bu məlumatı «Samsung» smartfonunda oxuyursunuz. Dünyanda elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətinin səhmləri hazırda 1 399 dolar təskil edir. Bütün miqyaslarına baxmayaraq son bir ildə «Samsung»un səhmləri çox bahalaşmayıb - cəmi 1,42% artıb.
«Daimler» – 64 dollar
Azərbaycanlıların bir hissəsi bəlkə də bilmir ki, ölkədə ən populyar avtomobl olan «Mersedes»ləri «Daimler» şirkəti istehsal edir. Şirkətin bir səhminin qiyməti 64 dollardır. Son bir ildə səhmbaşına 4,4 dollar dividend ödəyib. Bu çox yaxşı göstəricidir. Amma buna baxmayaraq son bir ildə şirkətin səhmlərinin qiyməti nəinki artmayıb, əksinə azalıb – 14,5%.
«Toyota»– 127 dollar
Yaponiyanın avtomobil nəhəngi olan «Toyota»nın səhmləri də buraxdığı avtomobillər kimi etibarlıdır. Minivanlardan böyük yük maşınılara qədər dəyişən sahələrdə istehsal edən və böyük bir model sırasına sahib olan «Toyota»nın səhmləri çox yaxşı satılmaqda davam edir. Bunu səhmlərin artım tempindən də gormək olar. Hazırda bir səhminin qiyməti 127 dollardır. İllik ödədiyi dividentin miqdarı bir səhm üçün 4 dollar olub. Son bir ildə səhmlərin qiyməti 21,6% artıb.
Qeyd edək ki, bu məqalədə sadalanan, eləcə də istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
Dünyanın ən məşhur 10 şirkətinin - SƏHMLƏRİNİN QİYMƏTİ
12:33
2 İyul 2018