Dünyada korporativ defoltların sayı 2024-cü ilin əvvəlindən 29-a çatıb. Bu, 2009-cu ilin qlobal maliyyə böhranından bəri il ərzində ən yüksək göstəricidir.
"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
FED.az xəbər verir ki, "Financial Times" "S&P Global Ratings"in hesabatına istinadən yazır.
Ümumilikdə ABŞ-da 17 korporativ defolt elan edilib.
Avropada şirkətlər istiqraz borcları üzrə səkkiz defolt elan ediblər - bu qlobal maliyyə böhranından sonra hər il olduğundan iki dəfə çoxdur. ABŞ və Avropadan kənarda dörd korporativ defolt elan edilib.
İlin əvvəlindən bəri korporativ defoltların 40%-i səhiyyə, media və əyləncə sektorlarında baş verib.
"S&P Global Ratings"in proqnozuna əsasən, gələcəkdə səhiyyə və istehlak sektorlarında daha bir neçə şirkət korporativ borclar üzrə öhdəlikləri ödəyə bilmədiklərini bəyan edə bilər. Analitiklər ilin sonuna qədər Avropada korporativ defoltların sayının artacağını, pikin yayda olacağını da gözləyirlər.
"S&P Global Ratings"in ekspertləri defoltların sayının artmasının əsas səbəbləri kimi mərkəzi bankların yüksək faiz dərəcələrini, eləcə də davamlı inflyasiyanı göstəriblər.
Korporativ defolt ölkə və ya bir şirkətin istiqrazlar üzrə faizləri ödəmədikdə baş verir. Korporativ defolt faktiki iflas sayılır, yəni borclu məhkəmə tərəfindən müflis elan edilir. Başqa sözlə, korporativ defolt borclunun məhkəmədə kreditorların təzyiqindən müdafiə etdiyi bir defolt vəziyyətidir. (Marja)