Dünya ölkələrində vergi qanunvericiliyi fərqlidir. Bəzi ölkələrdə vergi dərəcələri yüksək olsa da, digər, hətta qonşu ölkələrdə aşağı dərəcə ilə vergilər tətbiq edilir. FED.az xəbər verir ki, bir sıra ölkələrdə ayrı-ayrı vergilər ümumiyyətlə tutulmur.
Bunlardan biri gəlir vergisidir. FED.az gəlir vergisinin tutulmadığı ökələrin siyahısını təqdim edir. Bu ölkələrdən bəziləri sadəcə varlı olduqlarına görə, bu vergini tətbiq etmirlər, digərləri isə əksinə, ölkəyə iş adamlarının və xarici investorların marağını artırmaq üçün bu üsula əl atırlar. Gəlir vergisi tutulmayan ölkələr bunlardır
1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) – bu adambaşına ən yüksək gəlir düşən ölkələrdən biri olmasına baxmayaraq, bu dövlətin vətəndaşları vergi ödəmirlər. BƏƏ-də nə gəlir vergisi, nə də ƏDV var. Eləcə də şirkətlər də mənfəət vergisi ödəmirlər. Amma, sözügedən ölkədə alkoqollu içkilərə görə 50 faizlik vergi mövcuddur.
2. Qətər – bu dünyada ən varlı ölkələrdən biri sayılır, hansı ki, maye və təbii qaz infrastrukturunun qurulmasına və ixracına böyük vəsaitlər xərcləyib. Bu ölkədə gəir vergisi, eləcə də mənfəətlə bağlı digər vergilər yoxdur. Qətər sakinləri yalnız sosial sığorta ödənişləri və idxal mallarına görə 5 faizlik dolayısı vergi ödəyirlər.
3. Oman sultanlığı da Yaxın Şərqin digər ölkələri kimi əsasən neft satışı hesabına yaşayırlar. Oman sakinləri nə gəlir vergisi, nə də mənfəətdən tutulan vergini ödəməsələr də, yalnız öz əməkhaqqlarından 6,5 faiz tarifi ilə aylıq sosial sığorta ödənişləri ödəyirlər. Omanda təkcə daşınmaz əmlak alqı-satqısı zamanı vergi tutulur.
4. Küveyt – dünyada neft ixracına görə altıncı yerdə qərarlaşıb, bu ölkə büdcəsinin 95 faizi neft satışından əldə olunan gəlirlər təşkil edir. Küveyt – adambaşına düşən gəlirlərə görə dünyada ən yüksək göstəriciyə malik olan ölkələrdən biridir. Küveyt sakinləri heç bir vergi ödəmirlər, bu ölkədə yalnız sosial sığorta ödənişləri tutulur.
5. Kayman adaları – bura həqiqətən əsil vergi cənnəti sayılır. Burada ümumiyyətlə, hər hansı bir vergi növü – nə gəlir vergisi, nə mənfəətdən tutulan vergi, nə ƏDV, nə də məcburi sığorta ödənişləri var. Yeganə bir vergi növü – idxal mallarına yönəldilən və 25 faiz tarifinə qədər çata bilən dolayısı vergi mövcuddur.
6. Bəhreyndə də gəlir vergisi və mənfəətdən heç bir vergi tutulmur. Bu ölkənin büdcəsi Abu-Safa neft yatağından əldə olunan neftin hesabına doldurulur. Bəhreyn sakinləri yalnız məcburi sosial sığorta ödənişləri edirlər və daşınmaz əmlaka görə vergi ödəyirlər. Əcnəbilər isə Fars körfəzində əmlak icarəsinə görə də vergi ödəməli olurlar.
7. Bermud adaları, Böyük Britaniyanın ərazisi hesab olunur. Bura dünyanın ən varlı ölkələrindən biri hesab olunur. Vergi sisteminin cazibədarlığı adaya bir çox beynəlxalq şirkətləri cəlb edir, hansı ki, bura onlar üçün əsil vergi cənnəti sayılır. Rəqəmlər özləri özlüyündə hər şeyi deyir. Belə ki, ölkə vətəndaşlarının iyirmi faizini onun hüdudlarından kənarda doğulanlar təşkil edir. Baxmayaraq ki, adada heç bir gəlir vergisi və mənfəətdən tutulan vergi növü mövcud deyil, sakinləri sosial sığorta ödənişləri və ya əməkhaqqı fonduna köçürmələr etməyə məcbur edə bilərlər. Bundan əlavə, Bermud adaları sakinləri daşınmaz əmlaka və mirasa görə də vergi ödəyirlər.
8. Baham adalarında iqtisadiyyat başlıca olaraq turizmdən asılıdır, burada da gəlir və mənfəət vergisi yoxdur. İşçilər yalnız sosial sığorta ilə bağlı müxtəlif ödənişlər edirlər. Ölkə büdcəsinin demək olar ki, 70 faizi idxala görə tətbiq edilən gömrük rüsumlarından formalaşır. Sakinlər yalnız daşınmaz əmlaka görə vergi ödəyirlər.
9. Monako knyazlığında vergilər hələ XIX əsrdə ləğv edilib. Yalnız Fransa vətəndaşları istisna təşkil edirlər. Onlar 1957-ci ildən başlayaraq gəlir vergisi ödəyirlər. Bu ölkədə kapital artımına və daşınmaz əmlaka görə də vergilər yoxdur.
10. Andorra – Avropada cırdan ölkələrdən biridir, vergi sistemində gəlir vergisi və ƏDV ümumiyyətlə, yoxdur. Ölkə ÜDM-nin 80 faizi turizmdən daxil olan gəlirlərdən formalaşır. Hər il bu ölkəni 9 milyon turist ziyarət edir.
Dünyada gəlir vergisinin tutulmadığı - 10 ÖLKƏ - SİYAHI
11:59
29 İyun 2019