Davosdakı Dünya İqtisadi Forumu (WEF) Rusiya ilə əlaqələrini donduraraq strateji tərəfdaşlığı dayandırıb.
Eləcə də bax: "Visa" və "Mastercard" kartları Rusiya daxilində işləyəcək - Rusiya Mərkəzi Bankı
FED.az xəbər verir ki, WEF sözçüsü Amanda Russo bununla bağlı bildirib: “Biz sanksiya tətbiq olunan hər hansı şəxslərlə əməkdaşlıq etmir və Rusiya təşkilatları ilə əlaqələrimizi dondurduq”.
WEF ABŞ, Avropa İttifaqı, İsveçrə tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etmək, yəni sözügedən ölkənin bankları və neft şirkətləri ilə əlaqələri dayandırmaq öhdəliyini daşıyır. (Report)