Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar dəyərində maliyyə yardımı edəcək.
Türkiyədə zəlzələdən zərər çəkənlərə 30 milyard lirə - NAĞD YARDIM VERİLDİ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kreditin 296,5 milyon dolları Ekologiya və Şəhərsalma Nazirliyi, 252,2 milyon dolları Səhiyyə Nazirliyi, 388,3 milyon dolları isə İLBANK layihələrində istifadə olunacaq.
"Dünya Bankının Türkiyədə zəlzələdən zərərçəkmiş ərazilərin yenidən qurulmasına verdiyi dəstək son dərəcə əhəmiyyətlidir. Həm beynəlxalq dairələr, həm də öz resurslarımız tərəfindən verilən imkanlar daxil olmaqla, bu ərazilərin bərpası üçün çalışacağıq", - deyə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb. (Trend)