Bakıda su itkilərinin 40%-ə endirilməsi üçün hər il 33 milyon dollar olmaqla ümumilikdə 5 il ərzində 162,7 milyon dollar tələb olunur.
Su itkilərinin azaldılması məqsədilə hansı addımlar atılır? - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Dünya Bankının su və kanalizasiya sektoru üzrə mütəxəssisi Smita Misra deyib.
“Bu xərclər həmçinin, real itkilərin infrastruktur axıntı indeksinin 16,4%-dən 8%-ə, kommersiya itkisinin SIV 5%-dən 0,7%-ə endirilməsini əhatə edir” - Smita Misra əlavə edib.
Qeyd edilib ki, bu hədəflərə dövlət və özəl maliyyələşdirmə daxil olmaqla qarışıq maliyyə vasitəsilə nail olmaq olar.
O əlavə edib ki, Bakıda su itkiləri 55-60%-ə çatıb. Artıq bunun qarşısını almaq zamanı çatıb.
Qeyd edək ki, 9 layihəni əhatə edən, o cümlədən su resurslarının idarəedilməsi üzrə yardımı nəzərdə tutan Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) Avropa İttifaqının maliyyə dəstəyi ilə Dünya Bankı tərəfindən icra edilir. (Apa)