2022-ci ilin sentyabr ayında Azərbaycanda pul bazası 59.9 milyon manat azalaraq 16 milyard 144.9 milyon manata düşüb.
Eləcədə bax: Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı - 2022-NİN ƏN BÖYÜK AYLIQ ARTIMI
Avqustda da pul bazası 84.4 milyon manat artaraq 16 milyard 204.8 milyon manata çatmışdı.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 9 ayında (yanvar-sentyabr) pul bazası 1 milyard 792.7 milyon manat azalıb. Ötən ilin sonunda pul bazası 17 milyard 937,6 milyon manata çatmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
30.09.2022 16144.9
31.08.2022 16204.8
29.07.2022 16120.4
30.06.2022 15652.8
31.05.2022 14883.6
29.04.2022 14564.5
31.03.2022 14359.6
28.02.2022 13945.6
31.01.2022 14044.2
30.12.2021 17937.6
(Marja)