Azərbaycanda pul bazası 2025-ci ilin sentyabr ayında avqust ayının sonu ilə müqayisədə 419,4 milyon manat və ya 2% artıb. Pul bazası avqustda 121,2 milyon manat azalmışdı.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.09.2025-ci il tarixində pul bazası 21 milyard 541.2 milyon manat təşkil edib.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
30.09.2025 21541.2
29.08.2025 21121.8
31.07.2025 21243.0
30.06.2025 21471.3
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5