Dekabrda Azərbaycanda pul bazası 339,7 milyon manat artıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.12.2024-cü il tarixində pul bazası 20 milyard 916.5 milyon manat təşkil edib.
29.11.2024-cü il tarixində pul bazası 20 milyard 576.8 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (mln. AZN)
29.12.2024 20916.5
29.11.2024 20576.8
31.10.2024 20474.9
30.09.2024 20897.4
30.08.2024 20550.0
31.07.2024 20731.5
28.06.2024 20401.0
31.05.2024 19948.0
30.04.2024 19995.9
29.03.2024 20396.4
29.02.2024 20131.8
31.01.2024 20271.1
30.12.2023 20875.2