2022-ci ilin mart ayında Azərbaycanda pul bazası 414 milyon manat artaraq 14 milyard 359,6 milyon manata yüksəlib. Fevralda pul bazası 98.6 milyon manat azalaraq 13 milyard 945.6 milyon manata düşmüşdü.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk 3 ayında pul bazası 3 milyard 578 milyon manat azalıb. Ötən ilin sonunda pul bazası 17 milyard 937.6 milyon manata çatmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
31.03.2022 14359.6
28.02.2022 13945.6
31.01.2022 14044.2
30.12.2021 17937.6
30.11.2021 14279.1
29.10.2021 14621.2
30.09.2021 14498.7
31.08.2021 14172.3
30.07.2021 14213.4
30.06.2021 13803.0
31.05.2021 13856.8
30.04.2021 13281.6
31.03.2021 13315.0
26.02.2021 12863.0
29.01.2021 12782.0
30.12.2020 13564.2
(Marja)