Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı ilin əvvəlindən 28% artaraq 2018-ci il iyulun 1-nə 799 minə çatıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatında bildirilib.
Hesabata əsasən aylıq müqayisədə cəmi 1,9%, illik müqayisədə isə 42,2% artım qeydə alınıb. 2018-ci il iyulun 1-nə əsasən ölkədə 6 112 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 521 min və ya 41,3%-ni sosial, 1 877 min və ya 30,7%-ni əmək haqqı kartları əhatə edib.
Qeyd edək ki, 2010-cu ildən etibarən kredit kartlarının sayında ən yüksək göstərici 1302 min olmaqla 2014-cü ildə qeydə alınıb.