2025-ci il 1 sentyabr tarixinə dövlət şirkətlərinin Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları 10 milyard 727,1 milyon manat və ÜDM-in 8,3 faizini təşkil edib.
Risklərinin azaldılması üçün 1-3 illik dövlət istiqrazlarının bir qismi 7-10 illik ilə əvəzləşdirilib
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Məlumata görə, qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada (5526,5 milyon ABŞ dolları), 12,4 faizi isə milli valyutada (1332,1 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan Prezidentinin müvafiq Fərmanı iləyaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarəetməsin əverilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetməstandartlarının tətbiq edilməsi, gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır.