“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -nin (ASCO) İdarə Heyətində yer alan altı şəxsə 2021-ci ildə verilən əmək haqları açıqlanıb.
Eləcə də bax: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti - 15% ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Ernst&Young” audit şirkəti tərəfindən aparılan audit hesabatında bildirilir.
Bildirilib ki, İdarə Heyəti sədri və onun beş müavininə 634 min manatlıq əmək haqqı ödənilib. Bu da 2020-ci illə müqayisədə (465 min manat) 36% çoxdur. Ortalama bu da ortalama aylıq 9000 manata yaxın bir rəqəmdir.
ASCO-nun sədri Rauf Vəliyev, onun birinci müavini Mübariz Cabbarov, müavinləri isə Cəlal Fərəcli, Fərhad Quliyev, Nəzrəddin Əhmədzadə, Cəbrayıl Mahmudludur.
Qeyd edək ki, ASCO-nun İdarə Heyətinin üzvlərinin bütünü Azərbaycan Respublikası prezidenti tərəfindən təyin edilir.