“Ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib ki, bu da çəkilən xərclə müqayisə olunmaz göstəricidir”.
Eləcə də bax: Dövlət sifarişi ilə çəkilən filmlərlə bağlı maliyyə nöqsanları - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan yoxlama tədbirlərinin nəticələrində qeyd olunub.
“Nümayiş sayına gəldikdə isə, televiziya kanalları və kinozallarda 2 studiya üzrə ümumilikdə 39 filmin 10-u 3 fərqli kanalda, 10-u Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunmuş, 18 filmin sosial şəbəkələrdə baxış sayı 3039012 say təşkil edib. 39 filmdən yalnız “Salnamə” studiyası üzrə 1 film 10-a yaxın festivalda nümayiş etdirilib.
Ümumiyyətlə, təhlil göstərir ki, 5 dövlət studiyasından 3-ü tərəfindən çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edilib, bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmayıb: “Studiyalar tərəfindən çəkilmiş filmlərin televiziya kanallarında və kinozallarda az sayda nümayiş olunması, bəzi dövlət studiyalarının festivallarda iştirak etməməsi gəlirlilik səviyyəsinin olmaması ilə nəticələnmişdir ki, bu da dövlət sifarişi ilə çəkilən filmlərin ictimai-sosial maraqlara uyğunluğu və seçim prosedurlarının natamamlılığı ilə bağlı qənaəti bir daha gücləndirir. Filmlərin çəkilişi ilə bağlı nəticəlilik göstəricisi kimi beynəlxalq təcrübədə filmlərin festivallarda iştirak, eləcə də kinoteatrlar və TV-lərdə nümayiş sayı, həmçinin əldə edilmiş gəlirlər də qəbul olunur”, - məlumatda deyilir. (Apa)