Banner

Maliyyə

Dövlət qurumları son bir ildə gül buketlərinə - 150 MİN MANAT XƏRCLƏYİB - MƏBLƏĞ

Dövlət qurumları son bir ildə gül buketlərinə - 150 MİN MANAT XƏRCLƏYİB - MƏBLƏĞ | FED.az
11:42 10 May 2019
Azərbaycanda dövlət qurumlarının son bir ildə müxtəlif tədbir və əlamətdar günlər üçün gül və gül buketlərinə xərclədiyi pullar açıqlanıb. FED.az xəbər verir ki, bu dövrdə gül almaq üçün ən çox vəsait Mədəniyyət Nazirliyi tərəfindən xərclənib – təqribən 88 min manat. Gül buketləri alan təşkilatlar və buna xərclənən vəsaitlər aşağıdakı kimidir. 

1. Dövlət Radiotezliklər İdarəsi müxtəlif tədbirlərdə istifadə etmək üçün gül və gül bukletlərini 24.04.2019 müqaviləsinə əsasən 29 901  manata alıb.
2. Maliyyə Nazirliyi  2018-ci il ərzində keçirilməsi nəzərdə tutulan bütün tədbirlər və təbriklər üçün istifadə olunacaq gül, gül səbəti və əklilləri 28.03.2019  müqaviləsinə əsasən 12 478 manata alıb. 
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  əlamətdar günlərlə əlaqədar müxtəlif hədiyyə, suvenir, gül və əklilləri 27.03.2019 müqaviləsinə əsasən 15 062 manata alıb.
4. Mədəniyyət Nazirliyi  müxtəlif növ əklil və güllərin alınması üçün 05.03.2019 müqaviləsinə əsasən  48 700 manat xərcləyib.
5. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti  əlamətdar günlərdə və dövlət tədbirlərində iştirakı ilə bağlı  08.02.2019 müqaviləsinə əsasən 21 245  manat pul ödəyib. 
6. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Tədbirlərdə istifadə olunan güllərə 13.11.2018 müqaviləsinə əsasən 12 634  manat xərcləyib. 
7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gül səbətləri üçün 20.07.2018 müqaviləsinə əsasən 11 741 manat xərcləyib.
8. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti güllər üçün 18.05.2018 müqaviləsinə əsasən  7 222  manat xərcləyib. 
9. Dövlət Məşğulluq Xidməti Beynəlxalq konfransla bağlı dekorativ gül və əklili 17.05.2018 müqaviləsinə əsasən 1 550 manata alıb. 
10. Mədəniyyət və Turizm Nazirliyi Müxtəlif növ əklil və güllər üçün 02.03.2018  müqaviləsinə əsasən 39 200 manat xərcləyib.  
11."AZERGOLD" QSC cəmiyyətdaxili tədbirlər ilə əlaqədar güllər üçün 06.02.2018 müqaviləsinə əsasən 20 160 manat xərcləyib. 

Qeyd edək ki, son bir ildə dövlət təşkilatları gül və gül buketlərinə umumilikdə 158 776 manat pul xərcləyib.


 

Digər xəbərlər

Banner