Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə FED.az-a Fonddan bildirilib.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, valyuta satışı iyun ayı ilə müqayisədə iyulda 420,7 milyon ABŞ dolları və ya 51% artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb (Marja).