Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 dekabr 2021-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
FED.az ARDNF-in məlumatına istinadən xəbər verir ki, 2001-ci ildən etibarən, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 154 milyard 677 milyon ABŞ dolları təşkil edib.
Fonda AÇG yatağı üzrə 01.01.2021-01.12.2021 dövründə (11 ayda) 5 milyard 272 milyon ABŞ dolları gəlir daxil olub.
2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 397 milyon ABŞ dolları təşkil edib.
Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2021-01.12.2021 dövründə 730 milyon 707 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 278 milyon 78 min ABŞ dolları olub.
İndiyədək Fond Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 159 milyard 74 milyon dollar gəlir əldə edib. (Marja)