Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8082,7 milyon manat məbləğində transfertə qarşı 6542,0 milyon manat məbləğində transfert daxil olub.
Eləcə də bax: Hökumətin dövlət büdcəsini necə xərclədiyi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan verib. (Apa)