Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin fevral ayı ərzində Mərkəzi Bankda keçirilmiş valyuta hərracarında 371,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, yanvar ayı ilə müqayisədə fevral ayında Fondun valyuta satışı 2 dəfə azalıb. (Marja)