2022-ci ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun bir əmlakı xaric, digər əmlakları üzrə mənfi gəlirlilik olub.
Gələn il ARDNF-in büdcəsində 2,4 milyard manat kəsir yaranacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Rəydə qeyd edilib ki, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri 2 milyard 905,6 milyon ABŞ dolları təşkil etmişdir. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 174,5 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 159,5 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 206 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 55,664 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya etmişdir. Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “FLE SICAV-FIS”, “Prologis”, “Charter Hall” və “Brookfield” tərəfindən idarə olunan fond investisiyaları; “PGIM”, “Gaw Capital”, “Blackstone”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olmuşdur. (Marja)