Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan 2021-ci ildə vəsaitin ayrılması nəzərdə tutulmamışdır.
Eləcə də bax: Bu il Neft Fondu bir qədər "əriyəcək" - HESABAT
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Qeyd edilib ki, bu tədbirlərin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında 31.10.2007 tarixli 2475 nömrəli, habelə “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21.02.2011 tarixli 1346 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq olaraq 07.05.2008 tarixli 163s nömrəli və 08.06.2011 tarixli 149s nömrəli Sərəncamlarına əsasən bu tədbirlər üzrə sifarişçi təşkilat Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) təyin edilmişdir.
2020-ci ilin 9 ayı ərzində Neft Fondunun büdcəsinin icrası çərçivəsində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 178,5 milyon manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (200,0 milyon manat) 89,2 faiz səviyyəsində icra olunmuşdur. Fondun bu xərc maddəsi üzrə xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə (126,4 milyon manat) 41,2 faiz çox olmuşdur. (Marja)