Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 yanvar 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
FED.az xəbər verir ki, Neft Fondu 01.01.2023 - 01.01.2024 dövründə AÇG yatağından 6 milyard 899,2 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 1 milyard 308 miylon ABŞ dolları olmaqla 8 milyard 207,2 milyon ABŞ dolları gəlir əldə edib.
O cümlədən, ötən il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 324 miylon 396 milyon ABŞ dolları olub.
Xatırladaq ki. ARDNF 2023-cü ildə AÇG yatağından 9 milyard 889 milyon ABŞ dolları, Şahdəniz yatağından 1 milyard 443 milyon ABŞ dolları olmaqla 11 milyard 332 milyon ABŞ dolları gəlir əldə etmişdi.