Dövlət İmtahan Mərkəzi (DİM) ötən ili 4 milyon 265 min manat mənfəətlə başa vurub.
FED.az DİM-in maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun əməliyyat gəlirləri 17 milyoq 754 min manat, əməliyyat xərcləri 11 milyon 594 min manat olub.
Eləcə də bax: Palata “Kontinent İnşaat” MMC-ni - CƏRİMƏLƏDİ
2018-ci ildə DİM inzibati xərclərə 1 milyon 552 min manat vəsait sərf edib. Nəticədə qurumun vergidən əvvəlki mənfəəti 4 milyon 472 min manat, 208 min manatlıq mənfəət vergisi ödəməsindən sonra isə xalis mənfəəti 4 milyon 265 min manat təşkil edib.
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi isə DİM-ə əlavə 2 milyon 156 min manat gətirib. 2018-ci ildə qurumun aktivləri 42,2% artaraq 24 milyon 699 min manata yüksəlib. Öhdəliklər isə 20% azalaraq 408 min manata düşüb. 2018-ci ilin nəticələrinə əsasən hazırda DİM-in 14 milyon manatdan artıq bölüşdürülməmiş mənfəəti var. Nizamnamə kapitalı isə əvvəlki kimi 1 milyon manatdır.