2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26,407 mlrd. manat həcmində olacağı proqnozlaşdırılır. Bu məbləğin 52,4%-i (13,840 mlrd. manat) neft sektorundan, 47,6%-i (12,567 mlrd. manat) isə qeyri-neft sektorunda formalaşacağı gözlənilir.
Eləcə də bax: Neft ucuzlaşsa, Neft Fondunun aktivlərinin - Nə Qədər Azalacağı Ssenariləri
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, neft gəlirlərinin əsasını Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transfertləri təşkil edəcək (85,7% və ya 11,860 mlrd. manat). Qalan hissə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə neft sektoru üzrə daxilolmaların payına düşəcək (14,3% və ya 1,980 mlrd. manat).
Maliyyə Nazirliyinin proqnozlarına görə, dövlət büdcəsinin gəlirlərinin strukturunda neft sektoru liderliyini 2024-cü ilədək saxlayacaq və nəhayət 2024-cü ildə qeyri-neft gəlirləri büdcənin gəlirlərində üstünlük təşkil edərək 51%-ə çatacaq.
Qeyd edilir ki, Neft Fondunun büdcəyə transfertləri tədricən azaldılacaq və qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənəcək. Sözügedən siyasət Fondun aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə tətbiq olunacaq.
| Göstəricilər | 2022 | 2023 | 2024 | 2025 | 
| Neft gəlirləri, mlrd. AZN və büdcə gəlirlərində payı | 13,840 | 13,510 | 13,152 | 12,791 | 
| 47,6% | 49,1% | 51% | 52,8% | |
| ARDNF-nin transferləri | 11,860 | 11,520 | 11,180 | 10,840 | 
| Dövlət Vergi Xidmətinin xətti ilə daxiolmalar | 1,980 | 1,990 | 1,972 | 1,951 | 
| Qeyri-neft gəlirləri, mlrd. AZN və büdcə gəlirlərində payı | 12,567 | 13,029 | 13,673 | 14,336 | 
| 52,4% | 50,9% | 49% | 47,2% | 
(Apa)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








