Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 289,2 milyon manat, xərcləri isə 12 milyard 936,6 milyon manat təşkil edib.
Eləcə də bax: "ƏDV geri aı" layihəsində yenilik: Geri alınan ƏDV-nin - FAİZ DƏRƏCƏLƏRİ DƏYİŞDİRİLİR
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata əsasən, daxilolmaların 23,6 faizi əlavə dəyər vergisi (ƏDV), 20,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5 faizi fiziki şəxslərin gəlir vergisi, 4,2 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 37,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub. (Azərtac)