Bu ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinə aksizlər üzrə 523,5 mln. manat vəsait daxil olub.
Eləcə də bax: Dövlət Vergi Xidməti büdcə proqnozuna - 124% Əməl Edib
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Akzilər üzrə daxilolmaların 445,7 mln. manatı Dövlət Vergi Xidməti xətti ilə, 77,8 mln. manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub. Vergi xidməti üzrə büdcəyə aksiz daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 26,1%, Gömrük Komitəsi üzrə isə aksiz daxilolmaları 10,9% artıb.
Qeyd edək ki, 2021-ci ilin I yarısında aksizlər üzrə daxilolmalar büdcə gəlirlərinin (11,755 mlrd. manat) 4,5%-ni təşkil edib. (Apa)