Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.
Parlamentdə 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, bu rəqəm Milli Məclis tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Dövlət büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılıb.