2025-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
İlin əvvəlindən dövlət büdcəsindən 218 milyon manat geri qaytarılıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin səkkiz ayında büdcə gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1136 milyon manat və ya təxminən 4,5 faiz artım deməkdir.
Büdcə xərcləri isə ötən ilin analoji dövründəki 22 milyard 362,4 milyon manatdan 22 milyard 308,0 milyon manata düşərək təxminən 54,4 milyon manat və ya 0,2 faiz azalıb.
Nəticədə büdcə icrasında yaranmış profisit 2024-cü ildəki 2 milyard 861 milyon manatdan 2025-ci ildə 4 milyard 51,4 milyon manata yüksəlib, bu da 1 milyard 190,4 milyon manat və ya 41,6 faiz artım deməkdir.
Profisit ÜDM-in payı baxımından da artım müşahidə olunub, ötən il bu göstərici 3,5 faiz olduğu halda, 2025-ci ilin yanvar-avqust aylarında 4,9 faizə çatıb.