Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2023-cü ildə dövlət büdcəsinə 35 milyard 574,8 milyon manat vəsait daxil olmuşdur.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il büdcədən 36 milyard 458,5 milyon manat vəsait xərclənmişdir.
Büdcənin icrasında 883,7 milyon manatlıq kəsir yaranmışdır.
Xatırladaq ki, 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat vəsait daxil olmuş, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənmiş və büdcənin icrasında 1 milyard 347,7 milyon manatlıq kəsir yaranmışdı.