2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 milyard 688 milyon manat olub.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, büdcənin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 2,4 milyard manat və ya 30%-ə yaxın artıq olub.
Yanvar-aprel aylarında dövlət büdcəsinin xərcləri 8 milyard 169 milyonq manat təşkmil edib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən təqribən 640 milyon manat və ya 8,55 artıqdır.
Nəticədə yanvar-aprel ayının yekununda dövlət büdcəsinin profisiti 2 milyard 519 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, aprel ayında dövlət büdcəsinin gəlirləri rekord vurub.
Belə ki, yanvarda büdcə gəlirləri 2 750 milyon manat, fevralda 1 879 milyon manat, martda 2 383 milyon manat olduğu halda, aprel ayında gəlirlər 3 676 milyon manata yüksəlib. Bu - ötən ilin apreli ilə müqayisədə 1 milyard 178 milyon manat və ya 47% artıqdır.
Büdcənin xərcləri isə yanvarda 983 milyon, fevralda 1 702 milyon, miartda 2 944 milyon, apreldə isə 2 540 milyon manat təşkil edib.