2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899 milyon manat, xərcləri 15 milyon 335 milyon manat olub.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 27,4%, büdcənin xərcləri isə 12,1% artıb.
Nəticədə dövlət büdcəsində 2 milyard 564,6 milyon manatlıq profisit yaranıb.