Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2025-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9 milyard 733,4 milyon manat vəsait daxil olub.
FED.az xəbər verir ki, ilk rübdə büdcədən 8 milyard 115 milyon manat vəsait xərclənib.
Nəticədə, büdcənin icrasında 1 milyard 618,4 milyon manatlıq profisit (artıqlıq) yaranıb.