““Cəmiyyətdə Hesablama Palatasının gördüyü işlər və imicinin dəyərləndirilməsi istiqamətində işlər aparılmalıdır”.
Hesablama Palatasının fəaliyyətinin əsas istiqaməti Qarabağın bərpasına ayrılan pulun auditi olub
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Dünyada əsasən iki qurumdan çəkinirlər: Dövlət Vergi Xidməti (DVX) və Hesablama Palatası (HP). Bizim cəmiyyətdə DVX-dən çəkinirlər, amma HP ilə bağlı vəziyyət bir az fərqlidir.
Bundan əlavə biz işğaldan olunmuş ərazilərə 12 milyard manatdan çox vəsait yatırmışıq. Bu il isə büdcədən 4 milyard manatdan çox vəsait xərclənəcək. Bir müddətdən sonra bu aktual olacaq ki, həmin vəsaitdən istifadə səmərəliliyi nə dərəcədə olacaq? Hesablama Palatası öz fəaliyyətində prioritet kimi bu vəsaitlərdən səmərəli istifadənin artırılmasını gücləndirsə yaxşı olar”, - deputat vurğulayıb.