Çərşənbə axşamı Moskva birjasında dolların məzənnəsi iyunun 30-dan bəri ilk dəfə olaraq 88 rubldan aşağı düşüb.
2024-cü ilin 1-ci rübündə rublun bahalaşacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, dollar 0,54% ucuzlaşaraq 87,92 rubl təşkil edib.
Bundan əlavə, Moskva birjasında avronun məzənnəsi iyunun 30-dan bəri ilk dəfə çərşənbə axşamı ticarət zamanı 96 rubldan aşağı düşüb. Avro 1% ucuzlaşaraq 95,51 rubla satılıb.
Yuan isə 0,06% bahalaşaraq 12,326 rubl olub.
Qeyd edək ki, ötən aylarda Dolların məzənnəsi 100 rublu keçmişdi. (Marja)