ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti görüşündən sonra ABŞ dollarının indeksi altı əsas valyutanın daxil olduğu səbətə nisbətdə 90 bəndədək enərək 2018-ci ilin aprel ayının 20-dən bəri ən aşağı səviyyəyə düşüb.
Eləcə də bax: Təcili: Bitcoin-in qiyməti 22 min dolları da ötdü
FED.az xəbər verir ki, xarici mətbuata görə, birja dolların indeksinin 90,45 səviyyəsində olduğu vaxt qapanıb, Bakı vaxtı ilə saat 11:43-də isə dolların indeksi 0,54% enərək 89,96 bənd təşkil edib.
Qeyd edək ki, FED dekabrın 16-da keçirilmiş görüşdə baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb və sözügedən göstəricinin 2020-2023-cü illərdə bu aralıqda qalacağını proqnozlaşdırıb.
Hazırda ABŞ dolları 0,817 avroya, 103,205 yenə, 0,736 funt sterlinqə, 1,270 Kanada dollarına, 0,883 İsveçrə frankına və 1,312 Avstraliya dollarına ticarət olunur. (Apa)