Rusiya rublu ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, Moskva birjasında dolların məzənnəsi 2022-ci il aprelin 18-dən bəri ilk dəfə olaraq 80 rubla yüksəlib.
Moskva birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 10:21-də, dollar 0,26 rubl və ya 0,33% artaraq 80,1 rubl olub. Dollar sonuncu dəfə təxminən bir il əvvəl, 18 aprel 2022-ci ildə 80-dən yuxarı ticarət edilmişdi.
Avronun məzənnəsi 0,14 rubl və ya 0,16% artaraq 87,44 rubl, yuanın məzənnəsi 0,04 rubl və ya 0,4% artaraq 11,625 rubl olub. (Marja)