Dünyanın ən böyük bank və maliyyə xidmətləri qurumlardan biri olan HSBC Türkiyə lirəsinə (TL) dair son hesabatında məzənnə proqnozlarında dəyişiklik edib.
Türkiyə lirəni qorumaq üçün bir ayda $43.4 mlrd. xərcləyib
FED.az xəbər verir ki, Bank daha əvvəl 48 olaraq proqnozlaşdırdığı ilin sonu ABŞ Dolları (USD)/Türkiyə Lirəsi (TRY) proqnozunu 50 səviyyəsinə yüksəldib.
Hesabatda bu dəyişikliyin əsas səbəbləri kimi gözləniləndən yüksək davam edən inflyasiya göstəriciləri və genişlənən cari əməliyyatlar kəsiri göstərilib.
Hesabata görə, 2026-cı ilin ilk dörd ayında inflyasiyanın 14,6 faiz artması mövcud valyuta siyasəti üzərində ciddi təzyiq yaradır.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2026-cı ilin sonu üzrə inflyasiya proqnozunu 18 faizdən 26 faizə yüksəltməsi dezinflyasiya prosesindəki çətinlikləri ortaya qoyur.
HSBC bildirib ki, inflyasiyanın sürətləndiyi bir mühitdə Türkiyə lirəsində nominal dəyər itkisinin zəif qalması davamlı deyil və TL ilkin proqnozlaşdırıldığından daha sürətli dəyər itirə bilər.
Hesabatda qeyd olunub ki, TL-də real dəyər artımı Türkiyənin xarici dünyadakı rəqabət qabiliyyətinə mənfi təsir göstərə və mövcud məzənnə rejiminin dayanıqlılığı ilə bağlı müzakirələri gücləndirə bilər.
TCMB-nin valyuta siyasəti çərçivəsində böyük dəyişiklik gözlənilməsə də, bankın bazardakı nizamsız hərəkətlərin qarşısını almaq üçün geniş alətlər dəstindən (yüksək faizlər, valyuta svop əməliyyatları və birbaşa valyuta təklifi) istifadə etməyə davam edəcəyi bildirilib.
Lakin HSBC xəbərdarlıq edir ki, inflyasiya və cari kəsir kimi makroiqtisadi dinamika Türkiyə lirəsində daha nəzərəçarpan aşağı yönlü hərəkəti qaçılmaz edə bilər. (Marja)













