ABŞ valyutası Türkiyə bazarında kəskin qalxdığı kimi kəskin də düşür. Maliyyə və Xəzinə naziri Berat Albayrakın vəzifəsindən istefası və eləcə də Bidenin qələbə xəbəri ardından lirə mühüm dəyər qazanır.
Eləcə də bax: "Baydenin prezidentliyi dövründə dolların ucuzlaşması - Davam Edəcək"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “bigpara” platformasının göstəricilərinə əsaslanılıb.
USD/TRY məzənnəsi noyabr ayında 8.51 səviyyəsinə qədər yüksəlsə də sonrakı günlərdə 8.00 səviyyəsinə qədər düşüb. Hazırda Bakı vaxtı ilə 15:23 radələrinə 1 dollar Türkiyədə 8.0644 lirə ilə mübadilə edilir. Bu isə sonuncu dəfə oktyabrın 26-da qeydə alınmışdı.