Sentyabr ayında da dollar satışı ötən ilin eyni ayını 56% üstələmişdi.
Bununla yanaşı, qeyd edək ki, son iki ayda dollar satışının artımı əvvəlki aylardakı kimi ajiotajlı xarakter daşımır. Belə ki, yay aylarında, daha dəqiqi iyul-avqustda banklara dollar satışı müvafiq olaraq 566 milyon və 733 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni aylarından 2 dəfə artıq idi.
Dollara tələbatın artmasının səbəbi, qonşu Türkiyə və Rusiyada dolların kəskin bahalaşması fonunda Azərbaycanda da dolların bahalaşacağı gözləntisi və alışların artması idi. Amma bu dövrdən sonra dollar ətrafında ajiotaj artıq səngiyib.
Bu il ərzində dolların satışında ən kəskin fərq aprel ayında müşahidə edilib. Belə ki, 2017-ci ilin apreldə Fond tərəfindən banklara 220,8 milyon dollar satıldığı halda bu ilin aprelində həmin rəqəm 802,6 milyon dollara yüksəlib.
Martda satışlar 2,6 dəfə, iyulda isə 2,1 dəfə artıb.
Satışlardakı kəskin artıma baxmayaraq Azərbaycanda dolların rəsmi məzənnəsi 1,7 manat ətrafında saxlanılır.
|
|
|
|
Yanvar |
285,0 milyon |
299,1 milyon |
4,9% |
Fevral |
258,4 milyon |
364,1 milyon |
41,1% |
Mart |
250,0 milyon |
647 milyon ABŞ |
2,6 dəfə |
Aprel |
220,8 milyon |
802,6 milyon |
3,6 dəfə |
May |
300,3 milyon |
422,7 milyon |
40,7% |
İyun |
373,2 milyon |
439 milyon |
17,7% |
İyul |
253,2 milyon |
536,6 milyon |
2,1 dəfə |
Avqust |
292,6 milyon |
733,7 milyon |
2,5 dəfə |
Sentyabr |
252,2 milyon |
394,8 milyon |
56,5% |
Oktyabr |
318,7 milyon |
489,6 milyon |
53,6% |
Cəmi |
2 804,4 milyon |
5 129,2 milyon |
82,9% |