Rusiyada dolların məzənnəsi artmağa başlayıb. FED.az xəbər verir ki, bu gün Moskvada ABŞ valyutası 75,4 qəpik bahalaşaraq 68,14 rubla çatıb. Avronun məzənnəsi isə təqribən 80 qəpik artaraq 79,55 rubla çatıb.
Dolların bahalaşmasına baxmayaraq Rusiyanın fond bazarı hələlk optimizm nümayiş etdirir. Belə ki, Moskva birjasının indeksi 0,1% artaraq 2318,71 olub, RTS indeksi isə 0,3% azalaraq 1075,37 olub.
Neft bazarındakı vəziyyət də Rusiya üçün əlverişlidir – birjalarda «Brent» nefti 76,3 dollara, WTI nefti isə 68,54 dollara satılır.
Dollar Rusiyada da bahalaşdı – MƏZƏNNƏ
15:22
29 Avq 2018