Rusiyada ABŞ dollarının məzənnəsi aprelin 11-dən bəri ilk dəfə olaraq 87 rublu ötüb.
FED.az xəbər verir ki, ötən həftədən başlayaraq ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb.
Ekspertlərin fikrincə, bu, Mərkəzi Bankın 18%-ə endirdiyi əsas faiz dərəcəsi ilə bağlı ola bilər.
Qeyd olunur ki, bu, idxala olan tələbata təzyiqi azaldır və ixracatçılar Rusiya bazarında valyuta satışlarını azalda bilər. (Apa)