2025-ci ildə ABŞ dolları qarşısında ən çox bahalaşan valyuta məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rus rubludur. Ötən il ərzində Rusiya rublu dollar qarşısında 31% bahalaşıb.
Belə ki, əgər 2024-cü ilin dekabrında 1 ABŞ dolları 110 rubl idisə, 2025-ci ilin dekabrında isə 1 ABŞ dolları 80 rubla enib. Bununla yanaşı, qeyd edək ki, rublun başalaşması Rusiya Bankının dolların məzənnəsini süni surətdə azaltması ilə bağlıdır- hazırda Rusiyada dollarla əməliyyatlara ciddi məhdudiyyətlər var.
İkinci yerdə isə İsveç kronudur – 2025-ci ildə kron dollar qarşısında 19,9%, Macarıstan milli valyutası olan forint isə 19,4% bahalaşıb.
Dollar qarşısında ən çox bahalaşan valyutaların ilk 5-liyinə Kolumbiya pesosu (18,9%) və çex kronu da (17,2%) daxildir.










