"Bankların güzəştli kreditləri nə vaxt bağlaması şərtdir".
FED.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov müsahibəsində deyib. O, bildirib ki, bu kompensasiyanın hesablanması üçün önəmlidir: "O baxımdan ki, əgər güzəştli müqavilələr 1-ci devalivasiyadan sonra olubsa və həmin kredit müqaviləsi manata çevrilibsə, o halda, kompensasiya yalnız 1-ci devalvasiyada olan məbləğə görə hesablanacaq. Çünki artıq ikinci devalvasiyada həmin kredit manatda olub və xarici valyutada tək borc olmayıb. Banklar tərəfindən edilən güzəştlərə gəlincə, tutaq ki, güzəşt hər iki devalvasiyadan sonra baş verib - bu zaman vətəndaşa kompensasiya məbləği hesablanır. Bank tərəfindən edilmiş güzəşt həcmində kompensasiya məbləği azaldılır. Vətəndaş bu barədə məlumatı özünün şəxsi vərəqəsində görə biləcək".
Eləcə də bax: Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının - QİYMƏTİ